AZ

İrandan Türkiyəyə narkotik aparan sürücü Naxçıvanda tutuldu

Bakı. Trend:

Naxçıvan gömrükçüləri İrandan Türkiyəyə narkotik vasitə aparanyük maşınının sürücüsünü saxlayıblar.

Trend xəbər verir ki, bubarədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, komitənin Naxçıvan Baş Gömrük İdarəsinin"Şahtaxtı" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindəntranzit keçməklə Türkiyəyə yuyucu toz yükü aparan nəqliyyatvasitəsi əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı yüknəqliyyat vasitəsindən iki ədəd sellofan paketdə ümumi təmiz çəkisi996,814 qram olan psixotrop maddə - metamfetamin, 7,250 qram olannarkotik vasitə qurudulmuş marixuana, sürücünün üzərində aparılanşəxsi yoxlama nəticəsində isə təmiz çəkisi 0,060 qram olanpsixotrop maddə - metamfetamin aşkar edilib.

Qeyd edək ki, metamfetamin "Azərbaycan Respublikasınınərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in Isiyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
25
az.trend.az

10Mənbələr