AZ

Ermənistanda fransız dili dərindən öyrəniləcək

Ermənistanda 19 məktəbdə fransız dilinin dərindən öyrənilməsi tətbiq olunacaq.

Musavat.comSputnik Armenia”ya istinadən xəbər verir ki, bununla bağlı sazişi bu gün Ermənistanın təhsil naziri Janna Andreasyan və Fransa səfiri Olivye Dekotini imzalayıblar.

Qeyd olunub ki, Fransız dilinin dərindən öyrənilməsi rus dilinə qoyulan məhdudiyyətlər fonunda baş verir.

Məlumata görə, Ermənistanda məktəb proqramında rus dilinin statusu dəyişib. Belə ki, indi məktəblər bu fənnin öyrənilməsinə neçə saat ayrılacağını seçmək hüququna malikdirlər.

Musavat.com

Seçilən
16
3
musavat.com

4Mənbələr