AZ

“Supertoys”un vergi borcu 1.5 mln. təşkil edir

“Supertoys” MMC-nin dövlətə vergi borcu ilə bağlı məlumat açıqlanıb.

Fins.az banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından əldə etdiyi statistikaya görə, şirkətin vergi borcu 1 460 365.50 manatdır. Bu məlumat 16.09.2024-cü il tarixinə əsaslanır.

2018-ci ildən fəaliyyət göstərən “Supertoys” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi Xəqani Cəfərov olaraq qeyd olunur. “SuperToys.az” mağazası, uşaqlar üçün müxtəlif oyuncaqlar və əyləncə vasitələri təklif edir və Polşa, Çin, Türkiyə, İran, Ukrayna, Rusiya kimi ölkələrdən məhsul idxal edir.

Vergi borcunun ödənilməsi və şirkətin maliyyə vəziyyəti ilə bağlı müvafiq dövlət orqanları tərəfindən tədbirlərin görüləcəyi gözlənilir.

Seçilən
91
15
fins.az

10Mənbələr