AZ

Astarada minik maşını "KamAZ"la toqquşub, xəsarət alan var - FOTO

Astarada yol qəzası olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ərçivan qəsəbəsi ərazisində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "VAZ-2106"-da olan Astara rayon Səncərədi kənd sakini 2002-ci il təvəllüdlü Dinar Yaşar oğlu Hacızadə xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Astarada
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
5
apa.az

10Mənbələr