AZ

Avropa Komissiyasının yeni vitse-prezidentlərinin dördü qadın olacaq

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyeyenin Komissiyanın yeni tərkibi üçün Avropa Parlamentinə təqdim etdiyi namizədlərdən 11-i qadındır.Elchi.az xəbər verir ki, AK prezidenti mətbuat konfransında namizədlərin 40 faizini qadınların təşkil etməsinin balanslaşdırma siyasətinin göstəricisi olduğunu vurğulayıb.Lyayen vitse-prezidentlərdən dördünün qadın olduğunu da diqqətə çatdırıb:“İlk namizəd siyahısının təxminən 22 faizini qadın, 78 faizini isə kişilər təşkil edirdi. Bu, qəbuledilməzdir. Ona görə də üzv dövlətlərlə işlədik və balansı 40% qadın və 60% kişi səviyyəsinə qədər yaxşılaşdırmağa nail olduq. Bu, göstərir ki, nə qədər irəliləsək də, hələ görüləsi çox iş var. Bunu nəzərə alaraq, altı vitse-prezident təyin etdim. Həmin vitse-prezidentlərdən dördü qadın, ikisi isə kişidir”.AK prezidenti vitse-prezidentlərin kimliklərini də açıqlayıb və qeyd edib ki, Estoniyanın keçmiş Baş naziri Kaya Kallas vitse-prezident olmaqla yanaşı, həm də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək:“İspaniyanın Ekoloji Keçid və Demoqrafik Problemlər naziri Teresa Ribera Təmiz, Ədalətli və Rəqabətli Keçid üzrə vitse-prezident olacaq. Henna Virkkunen isə Texnoloji Suverenlik, Təhlükəsizlik və Demokratiya üzrə bu posta yiyələnəcək., Fransanın xarici işlər naziri Stefan Sejurne Rifah və Sənaye Strategiyası üzrə vitse-prezident olacaq, Roksana Minzatunun İnsanlar, Bacarıqlar və Hazırlıq üzrə vitse-prezident pozisiyasını tutması planlaşdırılıb. Raffaele Fitto isə Birlik və İslahatlar üzrə vitse-prezident olacaq”.Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
10
elchi.az

10Mənbələr