AZ

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi ilə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi agentliyin direktoru Ülkər Səttarova və Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli imzalayıblar.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən tərəflər əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsi, ali və orta ixtisas təhsil müəssisələrinin məzunlarının əmək bazarında məşğulluq vəziyyətinin təhlil edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

Əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrinə qəbul, yeni ixtisasların açılması üçün təkliflərin hazırlanıb təqdim olunması və məzunların göstəricilərinin statistik məlumatlar əsasında təhlili, əmək bazarında ixtisaslar, bacarıq və səriştələrə olan tələb haqqında ictimaiyyətin mütəmadi məlumatlandırılması, aktual problemlərin şərhinin verilməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
6
azertag.az

7Mənbələr