AZ

Qeyri neft-qaz ixracı AZALDI - RƏQƏMLƏR

  •  
  •  
  •  
  •  

2024-cü ilin yanvar-avqust aylarını əhatə edən 8 ay ərzində Azərbaycanın qeyri neft-qaz mallarının ixracında nominal qiymətlərlə müqayisədə azalma qeydə alınıb.

Sitat.info xəbər verir ki, 2023-cü ildə 2,21 milyard dollar olan ixracın dəyəri bu il 2,18 milyard dollara geriləyib. Qeyri neft-qaz məhsullarının satışında azalmanın əsas səbəbi elektrik enerjisi ixracı ilə bağlıdır.

Bu il elektrik enerjisinin ixracında ciddi azalma müşahidə edilir. 2023-cü ilin 8 ayında 315 milyon dollarlıq elektrik enerjisi ixrac edilsə də 2024-cü ilin eyni dövründə 57,5 milyon dollarlıq elektrik enerjisi satılıb. Elektrik enerjisindən başqa plastmassa və onlardan hazırlanan məmulatların ixrac dəyəri 331,2 milyon dollardan 264,2 milyon dollara, qara metalların ixrac dəyəri 78,6 milyon dollardan 61,4 milyon dollara düşüb.

Əsas ixrac məhsullarından olan meyvə-tərəvəz satışı da 14 milyon dollar azalaraq 424 milyon dollar olub.

Seçilən
122
2
sitat.info

3Mənbələr