AZ

Salyana başçı təyin olunan Rüstəm Xəlilov KİMDİR?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Rüstəm Xəlilovun dosyesini təqdim edirik:

 

Rüstəm Gülabba oğlu Xəlilov 1958-ci il iyunun 1-də Sabirabad rayonunun Hacıbəbir kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. 1980-ci ildən Sabirabad rayonunda kənd təsərrüfatı idarəsində aqronom, 1983-cü ildən rayon Komsomol Komitəsinin katibi, ikinci katibi, birinci katibi, 1989-cu ildən Sabirabad Rayon Partiya Komitəsinin Təşkilat və kadr işi şöbəsinin müdiri işləyib. Rüstəm Xəlilov 1991-ci ildən G.Xəlilov adına kolxozun idarə heyətinin sədri, 2000-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara gömrük keçid məntəqəsi rəisinin müavini vəzifələrində çalışıb. 2002–2005-ci illərdə fərdi təsərrüfatçılıqla məşğul olub. O, 2005-ci ildə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib.

 

R.Xəlilov Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun rəhbəri kimi çoxsaylı təkliflərin müəllifidir.

 

O, 2019-cu ilin dekabrında Hacıqabulun icra başçısı təyin edilmişdi./Musavat.com

Tarix: 17 Sentyabr 2024, 17:11   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
pravda.az

10Mənbələr