AZ

Bakı əhalisinin sayına görə şəhərlər arasında 208-ci yerdədir – Siyahı


Dünyada əhalisinin sayı 1 milyon nəfərdən çox olan 596 şəhər var.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının (BMT) əhali təxminləri və əsas şəhər aqlomerasiyalarının proqnozlarında yer alıb.
BMT-nin açıqladığı şəhərlərin siyahısında ölkəmizin paytaxtı Bakı da yer alıb. Bakı 596 şəhərin yer aldığı siyahıda 2 milyon 464 min nəfər əhalisi ilə 208-ci sırada qərarlaşıb. Məlumatda bildirilir ki, son bir ildə Bakının əhalisi 1,3% artıb. Belə ki, ötən il Bakı əhalisi 2 milyon 432 min nəfər olub. 
Qeyd edək ki, hazırda dünyada ən çox əhali sayına sahib olan şəhər Yaponiyanın paytaxtı Tokio hesab olunur. Bu şəhərdə 37 milyon 115 min insanın yaşadığı bildirilir. İkinci sırda 33,8 milyon nəfərlə Dehli (Hindistan), 3-cü sırda 29,9 milyon nəfərlə Şanxay (Çin) yer alır.
Türkiyənin İstanbul şəhəri 16 milyon əhali ilə siyahıda 15-ci sırada qərarlaşıb.
Region ölkələrində əhalisinin sayı 1,7 milyondan çox olan şəhərlər aşağıdakı kimi olub:
Moskvada (Rusiya) 12,7 milyon;
Tehranda (İran) 9,6 milyon;
Sankt-Peterburqda (Rusiya) 5,6 milyon;
Ankarda (Türkiyə) 5,5 milyon;
Məşəddə (İran) 3,4 milyon;
İzmirdə (Türkiyə) 3,1 milyon;
Kiyevdə (Ukrayna) 3 milyon;
Daşkənddə (Özbəkistan) 2,6 milyon;
Bakıda (Azərbaycan) 2,5 milyon;
İsfahanda (İran) 2,3 milyon;
Bursada (Türkiyə) 2,1 milyon;
Minskdə (Belarus) 2,1 milyon;
Almatıda (Qazaxıstan) 2 milyon;
Adanada (Türkiyə) 1,8 milyon;
Qaziantepdə (Türkiyə) 1,8 milyon;
Şirazda (İran) 1,7 milyon;
Novosibirskidə (Rusiya) 1,7 milyon;
Təbrizdə (İran) 1,7 milyon.


Murad Məmmədov
Seçilən
24
3
yeniavaz.com

4Mənbələr