AZ

“Toyda tək olsaydım, indi fatihəmi oxuyardınız” - Kərim danışdı

Müğənni Kərim toyda döyülmə xəbərindən sonra ilk dəfə efirə çıxıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, qatıldığı teleproqramda baş verənlərdən danışan müğənni bildirib ki, mübahisə zamanıbarmağı sınıb.

 “Qonaqlardan biri yaxınlaşdı ki, oxumaq istəyirəm. Çalışırdı mikrofonu əlimdən alsın. Mikrofon şəxsidir, nə haqla almağa çalışırsan? Dedim ki, fonoqramdır, mikrofonu alma. Məhəl qoymadı. Ona başqa mikrofon verdilər, 50 yaşında adam idi, oxudu və getdi. Ev sahibi kübar ailədir, məni döyməyib. Toya gələn 50 yaşlı həmin kişi və yanındakı adam maşınıma gedəndə mənə hücum çəkdi. Başladılar ki, niyə fonoqram oxumusan? Cavab verdim ki, belə alındı, məcbur idim. Yanındakı dedi ki, niyə belə danışırsan? Pilləkəni düşəndə eşitdim ki, çox pis söyüş dedi. Menecerim geri qayıtdı, başladı ki, sənə yox, ona deyirəm. Mən də qayıtdım ki, filankəs özünsən. Əl atdılar, qırğın başladı. Adamlardan biri kənarda qoyulan böyük dəmiri aldı və mənə cumdu. Onu kimə vursan, iki yerə bölünər. Mən qaçdım ki, dəyməsin. Orada tək olsaydım indi mənə fatihə oxuyacaqdınız. Polis və təcili yardım gəldi. Elə vəziyyətdəyəm ki, hələ də şokdan çıxmamışam",- o bildirib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
6
news24.az

7Mənbələr