UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Ayaks"ın heyətində ciddi tiki baş verib.
Prosport.Az xəbər verir ki, Amsterdam təmsilçisinin yarımmüdafiəçisi Stiven Berqveyn sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Françesko Farioli məlumat verib.
İtalyalı mütəxəssis 32 yaşlı futbolçunun ən azı bir ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Qeyd edək ki, "Qarabağ" "Ayaks"la oktyabrın 24-də qarşılaşacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta