İfadəsinin davamında E.Hüseynov Allah tərəfindən imam təyin edildiyini, bununla bağlı da axundla danışmaq istədiyini deyib: "Mən zamanında Allah tərəfindən imam təyin olunmuşam. 2020-ci ilin martın 15-i, ya da 17-si gecə qulağıma səs gəldi. Mənə dedilər ki, bütün günahlarım bağışlandı, sən imam təyin edilirsən.
"Məşədi Dadaş" məscidinə get, orada səni gözləyirlər. Ona görə mən də bu barədə axundla danışmaq istədim. Rəsula gəlincə isə onu tanımamışam. Sadəcə axundla danışmaq üçün qarşımı kəsdiyinə görə onu vurmuşam".
Hakim sonda qeyd edib ki, əgər ittihamlar təsdiqini taparsa, E.Hüseynova 20 ilə qədər cəza təyin edilə bilər.
Məhkəmə prosesi oktyabrın 8-də davam etdiriləcək.
Qeyd edək ki, E.Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 29.120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə məqsədilə adam öldürməyə cəhd) 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29.120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29.120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham elan edilib.