Azərbaycan regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdəndir.Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin "Hədəf” verilişində deyib.
"Azərbaycan regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdəndir – 20 konvensiyaya qoşulmuşuq. Konvensiyalar, demək olar, ətraf mühitin mühafizəsi və iqlim problematikası üzrə əsas konvensiyalardır. Onların icrası Azərbaycanda uğurla həyata keçirilir. Azərbaycan bu sahədə aparıcı dövlət kimi özünü göstərib. Biz buna regional əməkdaşlıq formasında baxırıq. Burada həm Qafqaz, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqdan söhbət gedir”, – Muxtar Babayev qeyd edib.
O vurğulayıb ki, postsovet məkanında ilk dəfə Azərbaycanda keçiriləcək COP tədbiri "böyük məsuliyyətdir”:
www.anews.az