AZ

"Azərbaycan regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdəndir"

"Azərbaycan COP29-un keçirilməsi üçün bir neçə il idi ki, müxtəlif layihələrlə, müxtəlif yaşıl enerji ya da ki, alternativ enerji lahiyələri ilə dünyanın diqqətini cəlb edirdi".

"Cebheinfo.az" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin "Hədəf" verilişində deyib.

"Ölkəmiz bu sahədə ən qabaqcıl layihələrlə çıxış edir. Dövlət başçısının bu sahədə çox böyük önəm verdiyi yaşıl enerji layihələri, yaşıl enerji zonaları, koridorları var. Bütün bu layihələr dünyanın da marağını cəlb edib. Burada Azərbaycan öz liderliyini göstərməklə noyabr ayında bütün ölkələri Azərbaycana dəvət edib. Burada Bakı iqlim danışıqlarının aparılmasına müvafiq şərait yaradıb", - o qeyd edib.

Nazir qeyd edib ki, Azərbaycan regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdəndir:

"20 konvensiyaya qoşulmuşuq. Konvensiyalar, demək olar, ətraf mühitin mühafizəsi və iqlim problematikası üzrə əsas konvensiyalardır. Onların icrası Azərbaycanda uğurla həyata keçirilir və Azərbaycan bu sahədə aparıcı dövlət kimi özünü göstərib. Burada qeyd etmək lazımdır ki, belə bir böyük forumun Azərbaycanda keçirilməsi regionda ilk dəfə baş verir. Bu çox böyük məsuliyyətdir. Əlbəttə ki, biz burada iqlim danışıqlarından başqa ətraf mühitin, ekologiyanın mühafizəsi ilə bağlı məsələlərin də müzakirəsi üçün imkan yaradacağıq".

"Cebheinfo.az"

Seçilən
21
13
cebheinfo.az

10Mənbələr