AZ

“Qarabağ”ın qənimi "Bavariya"dan 9 qol “yedi” - ÇL-də GECƏNİN NƏTİCƏLƏRİ

Çempionlar Liqasında Liqa mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 1-ci turun 6 matçı keçirilib.

“Yuventus” PSV-yə 3:1, "Liverpul" "Milan"a 3:1, "Bavariya" Zaqreb "Dinamo"suna 9:2 hesabı ilə qalib gəlib. Son çempion "Real" isə "Ştutqart"ı qəbul edib və 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsi tarixdə ilk dəfə Liqa mərhələsi formatında təşkil olunur. Daha əvvəl bu mərhələnin əvəzinə qrup mərhələsi keçirilirdi.

36 komandanın mübarizə aparacağı Liqa mərhələsində yekunda 1-8-ci yeri tutanlar ÇL-in 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

25-36-cı yeri tutanlar isə avrokuboklarla mübarizəni başa vuracaqlar.

17 sentyabr

20:45 "Yuventus" (İtaliya) – PSV (Niderland) - 3:1
Qollar:
Yıldız, 21 (1:0), Makkenniy, 27 (2:0), Qonzales, 52 (3:0), Saybari, 90+3 (3:1)

20:45 "Yanq Boyz" (İsveçrə) – "Aston Villa" (İngiltərə) - 0:3
Qollar:
Tielemans, 27, Remzi, 38, Onana, 86

23:00 "Milan" (İtaliya) – "Liverpul" (İngiltərə) - 1:3
Qollar
: Pulişiç, 3 (1:0), Konate, 23 (1:1), Van Deyk, 41 (1:2), Szoboszlay, 67 (1:3)

23:00 "Bavariya" (Almaniya) – "Dinamo" (Zaqreb, Xorvatiya) - 9:2
Qollar
: Keyn, 20-pen. (1:0), Qurreyro, 34 (2:0), Olise, 38 (3:0), Petkoviç, 49 (3:1), Oqivara, 51 (3:2), Keyn, 58 (4:2), Olise, 61 (5:2), Keyn, 73-pen. (6:2), 78-pen. (7:2), Sane, 85 (8:2), Qoretska, 90+2 (9:2)

23:00 "Real" (İspaniya) – "Ştutqart" (Almaniya) - 3:1
Qollar:
Mbappe, 46 (1:0), Undav, 68 (1:1), Rüdiger, 83 (2:1), Endrik, 90+5 (3:1)

23:00 "Sportinq" (Portuqaliya) – "Lill" (Fransa) - 2:0
Qollar:
Qyökeres, 38 (1:0), Debast, 65 (2:0)
Qırmız vərəqə: Qomes, 40 ("Lill")

18 sentyabr

20:45. "Bolonya" (İtaliya) - "Şaxtyor" (Ukrayna)

20:45. "Sparta" (Çexiya) - "Zalsburq" (Avstriya)

23:00. "Seltik" (Şotlandiya) - "Slovan" (Slovakiya)

23:00. "Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya)

23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya)

23:00. PSJ (Fransa) - "Jirona" (İspaniya)

19 sentyabr

20:45. "Feyenoord" (Niderland) - "Bayer" (Almaniya)

20:45. "Srvena Zvezda" (Serbiya) - "Benfika" (Portuqaliya)

23:00. "Atalanta" (İtaliya) - "Arsenal" (İngiltərə)

23:00. "Atletiko" (İspaniya) - "Leyptsiq" (Almaniya)

23:00. "Brest" (Fransa) - Şturm Qratz" (Avstriya)

23:00. "Monako" (Fransa) - "Barselona" (İspaniya)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
3
sportinfo.az

10Mənbələr