AZ

Livanda partlayan peycerlərin hər birində 20 qram partlayıcı olub

Livanın bir neçə bölgəsində kütləvi şəkildə partlayan peycerlərin hər birində 20 qramdan çox olmayan partlayıcılarla doldurulub...

Poliqon xəbər verir ki, bu barədə Al Jazeera telekanalı Livanın təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb. Telekanal qeyd edit ki, indi Livan kəşfiyyat xidmətləri bu partlayıcıların eyni vaxtda necə işə salınmasını araşdırır.

Kanalın mənbəsinin sözlərinə görə, partlamış qurğuların partiyası 5 ay əvvəl Livana gətirilib. Bundan əvvəl Reuters Agentliyi və Tehe Wall Street Journal qəzeti də peycerlərin yeni partiyadan olduğunu yazıb.

İlk partlayışlar sentyabrın 17-də yerli vaxtla saat 15:45-də baş verib. Əvvəlcə onlarla insanın yaralandığı bildirilsə də, bir saat ərzində yaralıların sayı min nəfəri keçib. Livan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, partlayışlar nəticəsində 11 nəfər ölüb, 4 minə yaxın adam yaralanıb.

“Hizbullah” Livan parlamentinin üzvü Əli Əmmarın oğlu da daxil olmaqla iki hərəkat üzvünün öldürüldüyünü bildirib. Ölənlər arasında İranın Livandakı səfiri Müctəba Əmaninin də olduğu məlum olub. “Hizbullah” hadisəyə görə İsraili günahlandırıb.

Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
poliqon.info

2Mənbələr