AZ

Qəzza zolağında son 24 saat ərzində 26 nəfər ölüb

Son 24 saat ərzində İsrail hərbçilərinin Qəzza sektorunu atəşə tutması nəticəsində 26 nəfər ölüb, 84 nəfər yaralanıb...

Poliqon xəbər verir ki, bu barədə məlumatı Fələstin Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb. Nazirliyin məlumatına görə, Qəzza zolağında ölənlərin ümumi sayı 41 252, yaralıların sayı isə 95 497 nəfərdir.

“Bir sıra qurbanlar hələ də dağıntılar altında və yollardadır və təcili yardım və mülki müdafiə qrupları onlara çata bilmir”, deyə Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Media İsrailin 17 sentyabr və 18 sentyabr gecəsi Qəzza zolağına hücumları barədə məlumat verməyib. İsrail Müdafiə Qüvvələri (IDF) Rəfah və Livan ərazilərinə hücumlar təşkil etdiyini bildirib.

Qeyd edək ki, dünən Livanda “Hizbullah”la əlaqəli peycerlərin kütləvi partlayışları nəticəsində 11 nəfər həlak olub, 4 mindən çox insan yaralanıb. “Hizbullah” liderləri hücumda İsraili günahlandırıb.

Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
poliqon.info

2Mənbələr