Hövsan qəsəbə sakinlərinin metronun "28 May" stansiyası istiqamətində artan ictimai nəqliyyat tələbatını nəzərə alaraq, sentyabrın 18-dən 120E nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
SİA xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, müasir və komfortlu avtobuslar Hövsan Yaşayış Kompleksinə (MİDA) daxil olmaqla hərəkət edəcək.