AZ

2025-ci il Azərbaycan neftinin büdcə qiyməti 70 dollar səviyyəsində götürülüb

Azərbaycanın 2025-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 70 ABŞ dolları götürülüb.

Fins.az-a bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bu, 2024-cü illə müqayisədə 5 ABŞ dolları azdır.

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2026-2028-ci illər üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
4
fins.az

5Mənbələr