AZ

Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib

18 sentyabr - Milli Musiqi Günü münasibətilə Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib.

APA xəbər verir ki, mərasimdə mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov Üzeyir Hacıbəyli irsinin böyüklüyündən, onun Azərbaycan musiqisinin inkişafına verdiyi töhfələrdən bəhs edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli isə Azərbaycan musiqisinin uğurlarının Üzeyir Hacıbəyli adı ilə bağlı olduğunu vurğulayıb.

Çıxışlardan sonra Üzeyir Hacıbəylinin, eləcə də digər musiqi xadimlərinin məzarları gül dəstələri qoyulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
5
apa.az

8Mənbələr