AZ

İtki və Zərərə Cavab Fondu

İtki və Zərərə Cavab Fondu iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin sentyabrın 18-də Bakıda keçirilən 3-cü iclasında səsləndirib.

M.Babayev bildirib ki, Ümumdünya Meteorologiya Təşkilatı cari ilin sentyabr ayının əvvəlində yayımladığı hesabatında Afrika ölkələrinin iqlim dəyişikliyi səbəbindən ÜDM-in 5 faizini itirdiyini qeyd edib. Az inkişaf etmiş ada ölkələri isə 2,1 faiz iqtisadi zərərə uğrayıblar.

COP29-un müəyyən edilmiş prezidenti vurğulayıb ki, dənizaşırı Tonqoda olarkən iqlim dəyişikliyinin törətdiyi fəsadların canlı şahidi olub.

“İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin bundan əvvəlki iclasından ötən müddət ərzində xeyli irəliləyişə nail olmuşuq. Biz həmin iclasda ev sahibi olan ölkəni seçdik”, - deyən Muxtar Babayev ev sahibliyinə görə Filippin dövlətinə təşəkkürünü bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
2
sam.az

3Mənbələr