AZ

Azərbaycanda “dünya rekordçusu” olan palçıq vulkanı yenidən püskürdü

Ötən gün Lökbatan qəsəbəsindəki palçıq vulkanı növbəti dəfə püskürüb.

Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

İlkin məlumatlara görə, püskürmə zamanı ətrafa heç bir ciddi ziyan dəyməyib. Vulkanın yaratdığı palçıq axını ətrafa yayılıb.

Qeyd edək ki, Lökbatan palçıq vulkanı Bakı şəhərindən 12-15 km cənub-qərb istiqamətində, Lökbatan qəsəbəsi yaxınlığında, Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Püskürmələrin sayına görə “dünya rekordçusu” olan bu palçıq vulkanı Azərbaycanın ən aktiv, dünyanın isə ən aktiv beş palçıq vulkanından biridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
editor.az

2Mənbələr