Tərəfdaşlar olaraq biz iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməli, dəyən zərərlə bağlı müvafiq işlər görməli, İtki və Zərərə Cavab Fondunun fəaliyyətini gücləndirməliyik. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin sentyabrın 18-də Bakıda keçirilən 3-cü iclasında səsləndirib.M.Babayev bildirib ki, COP29 ərəfəsində biz ötən illərdə keçirilmiş tədbirlərin əldə etdiyi nəticələrə əsaslanaraq irəli getməliyik.Onun sözlərinə görə, iqlim dəyişikliyinin fəsadları təbiətə vurulan ziyan və insan itkiləri ilə müşahidə olunur. Bunun bariz nümunəsindən biri də Asiya ölkələrində tüğyan edən tayfunlar, daşqınlardır. Həmin təbiət hadisələri nəticəsində qitə ölkələri ciddi itkilərə məruz qalıb.Vurğulayıb ki, iqlim dəyişikliyindən zərər çəkən ölkələrə yardım göstərmək borcumuzdur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta