2024-cü ilin avqust ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 44 950 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.
Həmin vətəndaşların 213 nəfəri Fondun rəhbər şəxsləri tərəfindən, 2 863 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 3 841 nəfəri mərkəzi, 38 033 nəfəri isə regional filiallarda qəbul edilib.