Rusiyanın Təhlükəsizlik qüvvələri Tatarıstanda qadınlardan ibarət terror təşkilatını müəyyənləşdirib. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“FSB Rusiyada qadağan edilmiş beynəlxalq terror təşkilatının gizli qadın hücrəsinin fəaliyyətini dayandırıb”, - İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı məlumatda deyilir.
Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, hücrə üzvləri qlobal xilafət yaratmaq doktrinasına əsaslanan ideologiyanın yayılması ilə məşğul olublar.
Tural