AZ

Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə “dönüş olmayan nöqtə”yə yaxındır.

Moderator.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammiti çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, KTMT Ermənistanın suverenliyinə təhdid yaratdığı üçün İrəvan bu təşkilatda iştirakını dondurub.

Eyni zamanda, N.Paşinyan qeyd edib ki, ölkə nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil.

Paşinyan deyib ki, ölkə Avropa İttifaqı (Aİ) və ABŞ ilə əməkdaşlığı inkişaf etdirməklə iqtisadi əlaqələrini şaxələndirməyə çalışır, lakin söhbət tərəfdaşların əvəzlənməsindən yox, məhz tamamlanmasıdan gedir. Əgər Ermənistan Aİ-yə daxil olmaq üçün heç olmasa ən kiçik bir fürsət görsə və bununla bağlı potensial riskləri idarə edə biləcəyini başa düşsə, bu şansdan mütləq yararlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
8
moderator.az

9Mənbələr