AZ

Əlilliyi olan 80 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 8 ayında əlilliyi olan 80 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, onlardan 41,4 mini ambulator, 19,9 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.
 
Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla bərabər, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları - robotik və sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, “Dance ability” (rəqs terapiyası) və s. də tətbiq edilir.
 
Stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.
 
Seçilən
32
12
moderator.az

10Mənbələr