AZ

Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizmi üzrə ilk iclas keçiriləcək

Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizmi üzrə ilk iclas bu gün paytaxt Ankarada keçiriləcək.

İclasa xarici işlər naziri Hakan Fidan və isveçli həmkarı Maria Malmer Stenerqard sədrlik edəcəklər.

Xarici İşlər Nazirliyinin məlumatına görə, ilk dəfə keçiriləcək iclas  iki ölkənin qurumları arasında terrorla bağlı əməkdaşlığın təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

NATO-nun Vilnüs sammiti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO baş katibinin iştirakı ilə  keçirilən toplantıda Türkiyə ilə İsveç arasında nazirlər səviyyəsində Təhlükəsizlik Mexanizminin yaradılması ilə bağlı qərar qəbul edilib. İsveçin terrorun bütün forma və təzahürlərinə qarşı mübarizəsi əsasında, 2022-ci ilin iyununda imzalanan Üçtərəfli Anlaşma Memorandumunda qeyd olunan öhdəliklərin həyata keçirilməsi çərçivəsində “yol xəritəsi” təqdim etməsi mövzusunda razılıq əldə edilib.

İclasda yol xəritəsi çərçivəsində başda terrorla mübarizə olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunacaq.Bu çərçivədə xüsusilə PKK/PYD/YPG və FETÖ terror təşkilatları kontekstində əlavə addımların atılması gözlənilir.

Xarici işlər naziri Hakan Fidan ilə İsveç xarici işlər naziri arasında keçiriləcək görüşlərdə ikitərəfli məsələlər, regional və qlobal hadisələr də müzakirə olunacaq.



Seçilən
12
trt.net.tr

1Mənbələr