Olaylar xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyi ilə əlaqədar Konvensiyanın bütün üzvlərinə COP29-da iştirakla bağlı dəvət göndərib:
"Bu, ev sahibi olaraq Azərbaycan Respublikasının öhdəliyidir. Azərbaycan iqlim dəyişikliyi ilə əlaqədar Konvensiyadan irəli gələn məsələlərin müzakirəsi üçün çox gözəl bir platformadır. Bütün tərəf dövlətlərə dəvət göndərilib. Təbii ki, tədbirdə hansı səviyyədə iştirakla bağlı qərarı bütün tərəf dövlətlər və Ermənistanın özü verməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31