AZ

Livanda peycer partlayışlarından əvvəl İsrailin müdafiə naziri Pentaqona zəng edib

İsrailin müdafiə naziri Yoav Qalant Livan ərazisində peycer partlayışları başlamazdan bir neçə dəqiqə əvvəl amerikalı həmkarı Lloyd Ostinə zəng edib.

seher.media-ın məlumatına görə, bu barədə "Axios" portalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, zəng zamanı Qalant Pentaqon rəhbərinə yəhudi dövlətinin Livanda əməliyyat keçirməyi planlaşdırdığını bildirib, lakin heç bir təfərrüat verməyib. Mənbənin bildirdiyinə görə, israilli nazirin zəngi ABŞ-ni Yaxın Şərqdə baş verəcək hadisələr haqqında məlumatlandırmaq olub.

O da bildirilir ki, Ostin Livan ərazisində peycerlərin partlamasından sonra vəziyyəti müzakirə etmək üçün sentyabrın 22-23-də İsrailə səfər etməyi planlaşdırır.

Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Son məlumatlara görə, partlayışlar nəticəsində azı 11 nəfər həlak olub, İranın Livandakı səfiri də daxil olmaqla dörd mindən çox insan yaralanıb.

"The New York Times" qəzeti əməliyyatın arxasında İsrailin durduğunu iddia edib. Amerikalı rəsmilərin sözlərinə görə, israillilər partlayıcı qurğunu Tayvan istehsalı olan yeni peycer partiyasında gizlədiblər. Məlumata görə, qurğular Livana gətirilməzdən əvvəl yenidən quraşdırılıb - batareyanın yanında partlayıcı yerləşdirilib və peyceri məsafədən partlatmağa imkan verən açar qoşulub.

CNN də əvvəllər bildirmişdi ki, Livandakı partlayışlar İsrail kəşfiyyatı və İsrail hərbi qüvvələrinin birgə əməliyyatının nəticəsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
29
seher.media

10Mənbələr