Cənubi Afrikada sərnişin qatarının relsdən çıxması nəticəsində 25 nəfər xəsarət alıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Western Cape Metrorail dəmir yolu xidmətlərindən açıqlama verilib.
Hadisə dünən axşam baş verib.
Belə ki, Cənubi Afrika Respublikasının Qərbi Keyp əyalətində Dal Cosafat stansiyası yaxınlığında qatar qəzası baş verib. Keyptaundan Vellinqton şəhərinə gedən sərnişin qatarının iki vaqonu relsdən çıxıb.
Qəzada yaralanan 25 sərnişinin təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparıldığı və can itkisinin olmadığı bildirilib.
Oksana