AZ

Kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vuruldu - Video+Yenilənib

Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında kütləvi dava düşüb.

“Qafqazinfo” Baku.TV-yə istinadən xəbər verir ki, hadisə ötən axşam Xətai rayonu Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.

Belə ki, hadisə nəticəsində 19 yaşlı Elmir Nəsirov bədəninin 5 nahiyəsindən xəncər zərbəsi alıb.

Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, paytaxtın Xətai rayonunda bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə daxil olmuş məlumat üzrə araşdırma başlanılıb.

Əməli törədən şəxsin və ya şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna belə cavab verildi: “2005-ci il təvəllüdlü şəxs 17.09.2024-cü il tarixdə saat 19:35-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ambulator olaraq müraciət edib və həkim-neyrocərrah tərəfindən müayinə olunub. Hər iki bud və sol baldır nahiyədə  kəsilmiş-deşilmiş yara diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmət göstərilib. Pasiyent təcili tibbi yardım briqadası ilə çoxprofilli xəstəxanaya təxliyə olunub”.

Daha ətraflı videomaterialda:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
qafqazinfo.az

10Mənbələr