AZ

Gələn il sosial sahəyə nə qədər vəsait ayrılacaq?

Bakı. Trend:

Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrininilkin göstəricilərinə dair açıqlama yayıb. İlkin sənəddə gələn ilindövlət və eləcə də, icmal büdcə üzrə əsas göstəricilər bəyanedilib. Təbii ki, ən çox diqqəti çəkən məqamlardan biri də gələn ilsosial istiqamətə ayrılan vəsaitlər və sosial paketinin genişlənməimkanları ilə bağlıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkəhesabında yazıb.

Sənədə əsasən, gələn dövlət büdcəsinin sosial müdafiə və sosialtəminat xərclərinin 4 milyard 998 milyon manat olacağıproqnozlaşdırılır. 2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyonmanat ayrılması nəzərdə tutulub. Deməli, gələn sosial xərclər 14faiz artırılacaq.

İlkin sənəddə sosial müdafiə və sosial təminat xərclərininstukturu qeyd edilməsə də, əlavə etmək lazımdır ki, sosial sektoravəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti iləyönəldilir. Yəni sözügedən büdcə maddəsində nəzərdə tutulandan dahaçox vəsait sosial sferaya yönəldilir.

Qeyd edək ki, 2025-cü ildə dövlət büdcəsinin xərcləri 39 milyard667 milyon manat proqnozlaşdırılır. Bunun 24 milyard 957 milyonmanatı və ya 63,0 faizi cari xərclərə, 12 miltard 310 milyon manatıvə ya 31 faizi əsaslı xərclərə, 2 milyard 399 milyon manatı və ya 6faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərəyönəldiləcək.

Seçilən
26
14
az.trend.az

10Mənbələr