AZ

Qumun cümə imamı da "qırmızı xətt"dən danışdı

Bütün yaxın əlaqə və əməkdaşlıqlarımıza baxmayaraq, Rusiyaya xəbərdarlıq edirik ki, körfəzdə yerləşən üç ada və İranın qırmızı xətti sayılan Zəngəzur dəhlizinə sahiblik məsələsində manevr etməsin.

Bunu İranın Ekspertlər Məclisinin sədr müavini, Konstitusiyanın İcrasına Nəzarət Şurasının üzvü, Əli Xaməneinin nümayəndəsi və Qum şəhərinin cümə imamı Əlirza Erafi deyib.

O, birqütblu dünyaya son qoymaq üçün İranın Çin və Rusiya ilə sıx əməkdaşlıq etməsinə diqqət çəkib və bunun İranın "Qırmızı xətt"ini ayaqlamağa əsas ola bilməyəcəyini bildirib.

Qeyd edək ki, Əli Xaməneinin əyalətlərdəki nümayəndələri və cümə imamlarının həftəlik çıxışlarının mövzusu Xaməneinin ofisində müəyyənləşdirilir.

Buna görə də, Ərafinin bu bəyanatı İran rəhbəri Əli Xaməneinin mövqeyi kimi dəyərləndirilə bilər.

visiontv.az



Seçilən
8
visiontv.az

1Mənbələr