AZ

Ərdoğan: İsrailin münaqişələri regiona yaymaq səyləri çox təhlükəlidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Nəcib Mikati ilə telefon danışığı aparıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Kommunikasiya Departamenti məlumat yayıb.

 

Türkiyə Prezidenti İsrailin münaqişələri regiona yaymaq cəhdlərinin həddindən artıq təhlükə olduğunu vurğulayıb. O, Ankaranın İsrail təcavüzünə son qoymaq üçün səylərini davam etdirəcəyinə əmin edib.

 

Dövlət başçısı ötən gün Livanda törədilən hücumla bağlı başsağlığı da verib. Türkiyə lideri hadisə nəticəsində həlak olanlara Uca Yaradandan rəhmət, yaralananlara isə şəfa diləyib.


Xatırladaq ki, Livanda rabitə cihazı olan peycerin detonasiyası nəticəsində 11 nəfər ölüb, 4 mindən çox insan yaralanıb.

Seçilən
13
3
senzor.az

4Mənbələr