AZ

Bağda qumbara partladı, bir nəfər öldü

Yekaterinburqda 44 yaşlı kişi qumbaranın partlaması nəticəsində ölümcül xəsarətlər alıb.

Hadisə “Uralmaş”ın SNT-25 ərazisində baş verib. Partlayıcının “F-1” qumbarası olduğu güman edilir. Kişinin skamyadakı cəsədini bağçaya gələn arvadı aşkar edib.

Hadisə şahidləri bildiriblər ki, ekspertlər hadisə yerinə gediblər, lakin onlar başqa təhlükəli obyekt aşkar etməyiblər. Müstəntiqlər qumbaranın bağ sahəsinə necə düşdüyünü və onun niyə partladığını müəyyənləşdirməlidir.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
editor.az

1Mənbələr