AZ

Ukrayna Rusiyada silah anbarını VURDU

Ukraynaya məxsus pilotsuz təyyarələr Tver vilayətinin Toropets şəhərindəki silah anbarına kütləvi şəkildə hücum edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Zərbədən sonra güclü yanğın və ardıcıl partlayışlar başlayıb, sakinlər təxliyə edilib. Zərbələr o qədər ağır olub ki, ərazidə 2,8 bal gücündə zəlzələ qeydə alınıb.

Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin məlumatına görə, pilotsuz uçuş aparatlarının parçalarının düşməsi nəticəsində 13 nəfər orta dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ağarza Elçinoğlu

Seçilən
155
3
unikal.az

2Mənbələr