AZ

İran Prezidenti kürəkəninə vəzifə verdi

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub.

Demokrat.az xəbər verir ki, məlumatı “Azad İran” yayıb.

Məlumata görə, Həsən Məcidi İran prezidentinin qızı Zəhra Pezeşkianın həyat yoldaşıdır. O, baş maliyyə ekspertidir. Bu vəzifəyə təyin olunmazdan öncə Həsən Məcidi özəl şirkətdə işləyib.

Qeyd edək ki, İraqa səfəri zamanı Məsud Pezeşkianı qızı və kürəkəni müşayiət edib.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
118
35
demokrat.az

10Mənbələr