Livanın paytaxtı, “Hizbullah” terror təşkilatının qalası kimi tanınan Beyrutun cənubunda partlayış səsləri eşidilib. İsrailin bu dəfə təşkilatın istifadə etdiyi ratsiyaları partlatdığı bildirilib. Yeni hücumda 3 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Bölgədəki partlayışlar təşkilatın istifadə etdiyi peycerlərin partlamasından bir gün sonra baş verib.
Partlayışlardan birinin dünən peycerlərinin partlaması nəticəsində həlak olan 4 “Hizbullah” ünsürünün Beyrutda keçirilən dəfn mərasimi zamanı baş verdiyi bildirilib. Dəfn mərasiminin keçirildiyi ərazidə izdiham arasında partlayışın baş verdiyi və tüstünün qalxdığı kameralara düşüb.
***
Yeni partlayışlarda 3 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı bildirilib. Partlayışlardan sonra bəzi evlərdə və avtomobillərdə yanğının başladığı bildirilib.
Ötən gün İsrailin kiberhücumunda “Hizbullah” terror təşkilatı ünsürlərinin istifadə etdiyi peycerlər partladılıb. Hücumda 12 nəfər ölüb, 4 minə yaxın adam yaralanıb.