AZ

Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə “beşlik” formatında fəaliyyətin dərinləşdirilməsini müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Xəzəryanı dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə Beynəlxalq Xəzər gününə həsr olunmuş ənənəvi illik görüşü keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” formatında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi müzakirə edilib.

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Türkmənistanda keçiriləcək görüşünə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
19
bizim.media

10Mənbələr