AZ

Blinkendən Livandakı partlayışlara reaksiya

ABŞ Dövlət katibi Entoni Blinken Livanda peycerlərin kütləvi partlamasına münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, Blinken mətbuat konfransında hadisənin hansı səbəbdən baş verdiyinin tam aydınlaşdırılmalı olduğunu və ABŞ-ın bunu araşdırmağa davam etdiyini deyib.

 

“Hadisənin nələrə gətirib çıxaracağını və Hizbullah hərəkatının fəaliyyətinə necə təsir edəcəyini bilmirəm”, - o əlavə edib.

 

Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda peycerlərin partlaması nəticəsində 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Amani də var.

 

Peycerlərin İsrailin kiber-hücumu nəticəsində partladığı bildirilir.

 

Partlayışlar bu gün də davam edib və 9 nəfər ölüb, 300 nəfər yaralanıb.

Seçilən
29
11
sfera.az

10Mənbələr