Pavel Durovun keçmiş xanımı İrina Bolqar ondan teleqramın səhmlərinin yarısını tələb edir.
Moderator.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda İrina Bolqar rəsmi instaqram hesabında məlumat paylaşıb.
İrina yazıb ki, sözügedən tətbiqin eks əri ilə ortaq əmlakları olduğu iddiası ilə məhkəməyə müraciət edib:
"Bütün ürəyimlə inanırdım ki, nikahımızın rəsmi olamamasına baxmayaraq, övladlarımla həmişə ailə resurslarına (əsas aktiv kimi Teleqram tətbiqini xüsusi qeyd edib) çıxışımız olacaq".