AZ

Meksikanın yeni prezidenti Zelenskinin dəvətini RƏDD ETDİ

Meksikanın yeni seçilmiş prezidenti Klaudiya Şeynbaum Volodimir Zelenskinin dəvətini rədd edərək Ukraynaya səfər etməkdən imtina edib.

Gundem.az xarici KİV-ə istinadən xəbər verir ki,  Şeynbaum bu qərarın səbəbini konstitusiya ilə əsaslandırıb.

"Bizim xarici siyasətimiz konstitusiya ilə müəyyən edilib. Bu, çox aydın, ləyaqətli və sülhyönümlüdür. Xarici siyasətimizin təməlində münaqişələrin sülh yolu ilə həllini axtarmaq prinsipləri dayanacaq. Bu, bizim siyasətimizdir və belə də qalacaq”, - o bildirib.

O qeyd edib ki, Meksikanın Kitodakı səfirliyinə hücumdan sonra Meksikanın Ekvadordan başqa bütün ölkələrlə diplomatik əlaqələri var.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Excelsior”a müsahibəsində Meksika hakimiyyətindən Kiyevin öz müstəqilliyi uğrunda mübarizə apardığını tanımasını tələb edib. Bundan əlavə, o, Meksikanın hazırkı Prezidenti Andres Manuel Lopez Obradorun Ukraynaya səfər etməsini istədiyini bildirib. Zelenski həmçinin seçilmiş prezident Klaudiya Şeynbaumu da ölkəsinə səfərə dəvət edib.  (Sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
gundem.az

2Mənbələr