AZ

Paşinyanın saziş layihəsindən çıxardığı 3 maddənin biri budur...

Image

Zərdüşt Əlizadə: "...Paşinyan bunu xalqa açıq şəkildə deyə bilmir, qorxur ki, onu devirərlər"

Azərbaycanla Ermənistan arasinda bağlanacaq 16 maddədən ibarət olan sülh sazişinin təfərruatları ictimaiyyətə açıqlanmır. Sulh sazişinin razılaşdırilmayan üç maddəsindən biri artıq aydındır, ikincini isə ehtimal etmək olar. Yalnız razılaşdirılmayan bir maddə aydınlaşmamış qalır.

Azərbaycan hakimiyyəti baş nazir Nikol Paşinyanın təklif etdiyi şərtlərlə Ermənistanla sülh sazişi imzalamaq fikrində deyil. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.   

XİN sözçüsu vurğulayir ki, razılaşdırılmayan maddələr sadəcə silinə bilməz, sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra cəbhələrdə qalan problemli məsələlərə aydınlıq gətirmək lazımdır: "Ümumiyyətlə, saziş layihəsini imzalamaq üçün Ermənistan ilk növbədə hazırda “Azərbaycana qarşı ərazi iddialarını” özündə əks etdirən Konstitusiyasına müvafiq dəyişikliklər etməlidir. Ermənistan “bu iddiaları” qanunvericilik aktlarından çıxarmayana qədər iki ölkə arasında sülhdən söhbət gedə bilməz”, - Hacızadə bildirib".

XİN sözçüsünun açıqlamasından aydın olur ki, razılaşdırıla bilməyən maddələrdən biri Ermənistan konstitusiyasına məlum deyişikliyin edilməsidir. Bu kontekstdən yola çıxsaq Azərbaycanla Ermənistan arasında mübahisə doğuran məsələlərdən biri də Minsk Qrupunun taleyi barədə fikir ayrılıği ola bilər. Çünki dəfələrlə Azərbaycan prezidentinin Minsk Qrupunun buraxılması barədə təklif irəli sürsə də, Ermənistan tərəfi hələ də bu ölü qurumun buraxılmasına dair mövqe ortaya qoymayıb.

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə bizimlə söhbətində bildirdi ki, müasir Ermənistanın taleyi sülh müqaviləsinə bağlıdır. O nə "Qərbi Ermənistan"ı, nə də Qarabağı əldə edə bilər. Bunlar erməni xalqının milli şüuruna qəsdən yeridilmiş şirin nağıllardir. Ermənistan cəmiyyəti hələ də bu nağıllarla yaşayir. Anlamırlar ki, 80 milyonluq Türkiyə ilə, 10 milyonluq Azerbaycanla düşmənçiliyə nə qədər tez son versələr olar üçun bir o qədər yaxşıdır. Paşinyan isə bunu xalqa açıq şəkildə deyə bilmir, qorxur ki, onu devirərlər. Azərbaycanın haqli tələbi olan konstitusiyaya dəyişikliyə də hakimiyyət xalqın qorxusundan cəsarət etmir, bu millətin təfəkkürü xəstədi. Ermənistanın müstəqillik bəyannaməsini ən ağıllı prezident sayılan Levon Ter-Petrosyan imzalayıb. Orada yazılib ki, "Dağlıq Qarabağ" Ermənistana birləşdirilsin. Yəni "ən ağıllı" erməni ağılasığmaz bir sənədə imza atıb. Ermənistan konstitusiyasının preambulasında isə müstəqillik bəyannaməsinə istinad var. Bu isə o deməkdir ki, hələ də Ermənistanın konstitusiyasında Azərbaycan ərazisinə iddia var. Bu mütləq aradan qaldırılmalıdır".

Ekspert qeyd etdi ki, sülh müqaviləsinin razılaşdırılmayan maddələrindən biri Zəngəzur dəhlizi ilə bağlı məsələdir: "Dəhlizin açılması sülh müqaviləsindən çıxarılsa da, onun taleyi barədə müqavilədə bənd mütləq yer almalıdır. Razılaşdırılmayan məsələlərdən biri budur. Azərbaycan bu dəhlizin 10 noyabr bəyanatında nəzərdə tutulan qaydada açılmasına tərəfdardir. Ermənistan isə dəhluzə rus sərhədçilərinin nəzarət etməsini istəmir. Burada digər dövlətlərin də kəsişən və toqquşan maraqlari var, amma razılaşma üç dövlət  (Rusiya, Azərbaycan və Ermənistan) arasında imzalanıb".

Siyasi şərhçi əlavə etdi ki, üçüncü razılaşdırılmayan və ən əhəmiyyətsiz məsələ Minsk qrupunun taleyi ola bilər: "Bundan Azərbaycan özü də birtərəfli qaydada imtina edə bilər. Amma bu, ABŞ və Fransa ilə münasibətləri bir qədər də gərginləşdirə bilər. Ona görə də Azərbaycan Ermənistana təklif edir ki, gəl biz ikimiz birlikdə bu ölü qurumdan imtina edək, məsələ bitsin. Amma Ermənistan ABŞ və Fransanın istəyi ilə bu məsələdə Azərbaycanla razılaşmır. Minsk Qrupu əslində çoxdan ölüb. Birincisi, onun qarşısında duran əsas iş Qarabağ məsələsinin sülh yolu ilə həlli idi. Sulh yolu ilə olmasa da bu məsələ artiq həllini tapıb, Qarabağda erməni yoxdur. Deməli, bu qurumun missiyası başa çatıb.

Digər tərəfdən, Minsk qrupunun iki üzvü olan ABŞ və Fransa ilə Rusiya Ukrayna müharibəsinə görə düşməndir. Onlar arasında bütün məsələlərdə dərin fikir ayrılıqları var. Amma bununla belə, elə sanballı olmasa da, ABŞ və Fransa Minsk qrupundan Azərbaycana qarşi bir dəyənək kimi hələ də istifadə etmək istəyir. Sözügedən məsələnin mahiyyəti bundan ibarətdir".

Dəniz NƏSİRLİ





Seçilən
66
50
baki-xeber.com

10Mənbələr