AZ

İsrail Müdafiə Nazirliyi müharibənin yeni mərhələsini elan edib

İsrailin müdafiə naziri Yoav Qalant müharibənin yeni mərhələsinin başladığını elan edib. O qeyd edib ki, söhbət hərbi səylərin ağırlıq mərkəzinin şimal cəbhəsinə köçürülməsindən gedir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Biz müharibənin yeni mərhələsinin başlanğıcındayıq”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri (İDF) qüvvələrini şimala doğru aparır. O, İsrail əsgərlərinin “girovları da unutmadığını” vurğulayıb. Şimaldakı əməliyyata “bütün orqanlar” qoşulub və onun qarşısında “sadə iş” – məskunlaşan ərazilərin sakinlərini evlərinə qaytarmaq qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
9
nocomment.az

10Mənbələr