AZ

Azərbaycan milliləri Şahmat Olimpiadasında Qazaxıstanla qarşılaşıb

style='margin-bottom:10px;'>

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

QOL.az xəbər verir ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri 7-ci tur görüşlərinə çıxıblar. Komandalarımız  Qazaxıstanla üz-üzə gəliblər.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandası 3:1 hesablı qələbə qazanıb. Aydın Süleymanlı və Məhəmməd Muradlı bu tur rəqiblərini məğlub edib. Nicat Abasovla Rauf Məmmədov heç-heçə ilə kifayətlənib.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi eyni hesabla Qazaxıstana uduzub 1:3. Günay Məmmədzadə və Gövhər Beydullayeva heç-heçə oynayıb. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova məğlubiyyətlə barışmalı olub.

Azərbaycanın qadınlardan ibarət millisi daha əvvəl Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnama (2,5:1,5) qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib - 2:2. 6 turdan sonra 10 xal toplayan qadınlardan ibarət komanda 10-cu yerdədir. Hindistan 12 xalla liderdir. Gürcüstan və Polşanın isə aktivində hərəyə 11 xal var. 

Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarətdir.

Kişilərdən ibarət komanda Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub. Millimiz 8 xalla 22-cidir. Burada da Hindistan 12 xalla liderdir. Çin və Vyetnamın hərəyə 11 xalı var.

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
4
teleqraf.com

3Mənbələr