AZ

İsrail müharibənin yeni mərhələsini elan etdi

İsrailin müdafiə naziri Yoav Qalant müharibənin yeni mərhələsinin başladığını elan edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o qeyd edib ki, söhbət hərbi əməliyyatların ağırlıq mərkəzinin şimal cəbhəsinə köçürülməsindən gedir.

"Biz müharibənin yeni mərhələsinin başlanğıcındayıq", - deyə Qalant bildirib. 

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri ordunu şimala doğru aparır. O, İsrail əsgərlərinin “girovları da unutmadığını” vurğulayıb.

"Şimaldakı əməliyyata “bütün orqanlar” qoşulub və onun qarşısında “sadə iş” – məskunlaşan ərazilərin sakinlərini evlərinə qaytarmaq qalır", - deyə nazir bildirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
50
unikal.az

10Mənbələr