İlon Mask və onun "Neuralink" şirkətinin "Blindsight" adlı cihazı yeni bir tarixi inqilaba imza atıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, "Blindsight" cihazı sayəsində kor insanlar da görə biləcək. Cihaz beyinə yerləşdirilir.
Bu cihazla həm doğuşdan kor olanların, həm sonrada görmə qabiliyyətini itirənlərin sağlam insanlar kimi görmək imkanı olacaq.
"Pasientin görmə qabiliyyəti ilkin mərhələdə aşağı keyfiyyətdə (dumanlı), ancaq sonra hətta normal insandan belə daha yaxşı olacaq; o, həm infraqırmızı, ultrabənövşəyi və hətta radar dalğa uzunluqlarında belə görəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun