AZ

“Messinin Avropaya qayıtmasına ehtiyac yoxdur” – Aquero

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero 2023-cü ilin yayından MLS-də – “İnter Mayami”də çıxış edən Lionel Messinin Avropaya mümkün qayışına münasibət bildirib.Komanda.az “Goal”-a istinadən xəbər verir ki, argentinalı keçmiş futbolçu, Messinin Avropaya qayıtmasına ehtiyac olmadığını deyib:“Məncə, Messinin Avropaya qayıtmasına ehtiyac yoxdur, çünki o, orada oynayıb və dəfələrlə UEFA Çempionlar Liqasını qazanıb. Leo harada və nə qədər oynamaq istədiyinə qərar vermək hüququnu əldə edib”.Messinin “Barselona”dakı hekayəsinin gözəl şəkildə bitmədiyini nəzərə alsaq (klub maliyyə problemləri səbəbindən ona yeni müqavilə təklif edə bilmədi), argentinalı forvardın Avropaya mümkün qayıdışı ilə bağlı mətbuatda bəzən söz-söhbətlər yayılır.

Seçilən
68
komanda.az

1Mənbələr