AZ

Harris gələn həftə Zelenski ilə görüşmək niyyətindədir

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris gələn həftə Vaşinqtona səfər edəcək olan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbəyə istinadən məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl Respublikaçı namizəd Donald Tramp da Zelenski ilə mümkün görüşünü anons etmişdi.

Agentliyin mənbəsinin sözlərinə görə, xanım Harrisin “xarici siyasət profilini genişləndirmək” üçün Vladimir Zelenski ilə görüşə ehtiyacı var. Bloomberg-in məlumatında deyilir ki, Vladimir Zelenski ABŞ-a səfəri zamanı münaqişənin həlli planını prezident Co Baydenlə bölüşmək niyyətindədir. Agentliyin məlumatına görə, Ukrayna prezidenti Harris və Trampla da “qələbə planını” bölüşməyə can atır.

Bundan əlavə, Bloomberg-in mənbələri iddia edir ki, Vladimir Zelenski Birləşmiş Ştatlarda keçirilən görüşlərdə NATOAvropa İttifaqına üzvlükdə, habelə iqtisadi və təhlükəsizlik sazişlərinin imzalanmasını təkid etməyi planlaşdırır. Ukrayna prezidenti daha müasir silahların tədarükü məsələsini də müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, Donald Tramp Reuters Agentliyinin müxbiri ilə söhbətində gələn həftə, Vladimir Zelenski ilə görüşəcəyini bildirib. O, təfərrüatları açıqlamayıb. CNN mənbələrə istinadən sentyabrın 18-də Vaşinqtonda Kamala Harris və Vladimir Zelenski arasında planlaşdırılan görüş barədə yazıb.

Vladimir Zelenskinin Birləşmiş Ştatlara səfəri çərçivəsində BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində çıxışı və ABŞ prezidenti Co Bayden və hər iki partiyanın Konqres üzvləri ilə görüşü planlaşdırılır.

Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
poliqon.info

2Mənbələr